Məhəmməd Cavad Zərif: “Şimal-Cənub” dəhlizi hər üç ölkənin vacib hədəfləri sırasına keçəcək”

Məhəmməd Cavad Zərif: “Şimal-Cənub” dəhlizi hər üç ölkənin vacib hədəfləri sırasına keçəcək”
# 08 avqust 2016 19:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi hər üç ölkənin vacib hədəfləri sırasına keçəcək”

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Növbəti toplantı İranda baş tutacaq. Bununla əlaqədar hər üç ölkənin nazirləri bir araya gələcək və fikir mübadiləsi aparacaqlar. İkili və üçlü format üzrə müzakirələr davam etdiriləcək”, deyə Məhəmməd Cavad Zərif qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR