Bakıda minik avtomobili, Şabranda mikroavtobus yanıb

Bakıda minik avtomobili, Şabranda mikroavtobus yanıb
# 11 yanvar 2016 06:03 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "MORRIS GARAGES" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bənzər hadisə Şabran şəhərində baş verib. Vətəndaşa məxsus istifadəyə yararsız "RAF" markalı mikroavtobusun yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR