Bakı – APA. Quba rayonunda ev yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus evin həyətyanı sahəsində ümumi sahəsi 24 kv.m olan 2 otaqdan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Yaxınlıqdakı ev və digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.