Nazir: "Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur"

Nazir: "Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur"
# 18 mart 2016 06:20 (UTC +04:00)

Bakı-APA. “Rusiya, bir tərəfdən, ATƏT Minsk Qrupunun həmsədri qismində çıxış edir. Digər tərəfdən isə, hər bir dövlət lazım bildiyi ölkəyə silah tədarük etmək hüququ var, biz bunu qəbul edirik. Rusiyaya bir müddət əvvəl təqdim olunan notada xahiş olunub ki, Rusiya Ermənistana silahları tədarük edərkən nəzərə almalıdır ki, həmin silah-sursatların Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülməsinə yol verilməməlidir”. APA-nın məlumatına görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu tip tədarüklərdə “sonuncu istifadəçi” qaydası var: “Sonuncu istifadəçi Ermənistan olacağı təqdirdə məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. Lakin, silahlar Azərbaycanın işğal olunmuş ərazilərində peyda olduqda, bu artıq tam başqa məsələyə çevrilir”.

Azərbaycan XİN rəhbərinin sözlərinə görə, Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur: “Rusiya XİN-də təqdim etdiyimiz notanın tonunun düzgün qəbul edildiyi Moskvanın sonrakı bəyanatlarından bəlli oldu”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR