Opera və Balet Teatrında “Aida” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Aida” operası nümayiş olunacaq
# 27 aprel 2016 15:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mayın 7-də Azərbaycan Opera və Balet Teatrında italyan bəstəkarı C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada ilk dəfə Aida partiyasını əməkdar artist İlahə Əfəndiyeva ifa edəcək.

Teatrın gənc solisti Nina Makarova isə ilk dəfə Amneris rolunda səhnəyə çıxacaq. Digər əsas partiyalarda xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova və Əkrəm Poladov çıxış edəcəklər.

Azərbaycan Opera və Balet Teatrının tamaşalarında dəfələrlə çıxış edən Gürcüstanın xalq artisti Teymuraz Ququşvili bu dəfə tamaşada Radames partiyasını, Gürcüstanın əməkdar artisti Sulxan Qvelesiani isə Amonasro rolunu ifa edəcək.

Tamaşanın Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru Vyaçeslav Voliç idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR