ABŞ və Aİ şirkətlərə İranla əməkdaşlıq etməyə mane olmayacaqlarını vəd ediblər

ABŞ və Aİ şirkətlərə İranla əməkdaşlıq etməyə mane olmayacaqlarını vəd ediblər
# 20 may 2016 04:56 (UTC +04:00)

Bakı-APA. ABŞ, Aİ, Almaniya, Fransa və Böyük Britaniya maliyyə qurumlarına və şirkətlərə İranla işgüzar əlaqələr qurmağa əngəl törətməyəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə tərəflərin birgə bəyanatında bildirilir.

Hərtərəfli tədbirlər planına uyğun olaraq, Aİ və ABŞ Tehranın nüvə proqramı ilə bağlı tətbiq edilmiş iqtisadi və maliyyə sanksiyaları İran üzərindən götürüblər: “Nəticədə, hazırda Avropa və bütün dünyada İranla əməkdaşlıq sahəsində şirkətlər və maliyyə təsisatları üçün böyük iqtisadi imkanlar yaradılıb”, - deyə bəyanatda bildirilir.

“Bizim və beynəlxalq ictimaiyyətin maraqlarındadır ki, Hərtərəfli tədbirlər planı İran xalqı da daxil olmaqla, bütün iştirakçılara fayda versin. Buraya, həmçinin, Avropa banklarının İranla biznesin bərpa olunması da daxildir”, - deyə ABŞ və Aİ qeyd ediblər.

“Biz İranla qanuna zidd olmayan işgüzar əməkdaşlıq fəaliyyəti qurmağa, beynəlxalq şirkətlərə və maliyyə qurumlarına İranla çalışmağa əngəl törətməyəcəyik”, - deyə bəyanatda bildirilir.

İran və Aİ, həmçinin, İranı əlverişli biznes mühitinin yaradılması istiqamətində addımlar atmağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR