Neftçalada motosiklet 2 qadını vurub, onlardan 1-i ölüb

Neftçalada motosiklet 2 qadını vurub, onlardan 1-i ölüb
# 04 mart 2016 15:50 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı – APA. Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1983-cü il yaşlı Şahpələng Adil oğlu Muradov idarə etdiyi motosikletlə yolda gedən həmkəndliləri - 1968-ci il təvəllüdlü Yeganə Əzizağa qızı Təhməzovanı və 1970-ci il təvəllüdlü Güldəstə Ədalət qızı Zeynalovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadınlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yeganə Təhməzova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR