Cəlilabadda fərdi evdə yanğın olub

Cəlilabadda fərdi evdə yanğın olub
# 18 dekabr 2015 18:48 (UTC +04:00)

Bakı-APA. Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində aynabəndin lambrindən ibarət tavanı 36 kv.m sahədə və ikinci mərtəbənin aynabəndinin döşəmə 0,5 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR