“Bank of Baku” internet bankçılıq xidmətini yeniləyib

“Bank of Baku” internet bankçılıq xidmətini yeniləyib
# 12 aprel 2016 13:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank of Baku” “İnternet bankinq”də xidmətlərin çeşidini və istifadə imkanlarını genişləndirib. Bankdan “APA-Economics2ə verilən xəbərə görə, tətbiq edilən yeniliklər sayəsində, müştərilər indi bank xidmətlərindən olduqları yerdən asılı olmayaraq daha rahat və sərfəli tariflərlə istifadə edə biləcəklər.

Əsas yeniliklərdən biri ondan ibarətdir ki, artıq “Bank of Baku” müştəriləri müxtəlif hesablar arası pul köçürmələrini filiala yaxınlaşmadan, əlavə vaxt itirmədən, dünyanın istənilən yerində yalnız birdəfəlik şifrə ilə təsdiqləyərək, icra edə biləcəklər. Bu xidmətin əsas üstünlükləri isə aşağıdakılardır:

1. Ölkədaxili pul köçürmə imkanı – artıq internet bankçılığa qoşulmuş “Bank of Baku” müştəriləri bütün öz və digər şəxslərin yerli bank hesablarına pul köçürmələri edə biləcəklər, üstəlik xidmətdən 50%-dək daha aşağı tariflə faydalanacaqlar. Köçürmələr birdəfəlik şifrə əsasında icra olunacaq və müştərilər mobil nömrəyə sms-lə gələn birdəfəlik şifrə ilə təsdiq edərək hesabda olan vəsaiti köçürmə imkanı əldə edəcəklər;

2. Bankdaxili hesablar arası köçürmə pulsuz – müştərilər “Bank of Baku”da olan öz şəxsi və ya digər şəxslərin hesablarına pul köçürməsini pulsuz edə biləcəklər. Əməliyyat heç bir komissiya haqqı tutulmadan icra olunur;

3. Təhlükəsizlik məqsədilə birdəfəlik şifrədən istifadə imkanı – internet bankinq

xidməti vasitəsilə icra olunan istənilən pul köçürməsi və digər xidmətlərin icrası birdəfəlik şifrə təsdiqinin əsasında aparılır. Şifrə müştərinin mobil nömrəsinə SMS

şəklində göndərilir və müəyyən müddət ərzində istifadə olunmadıqda etibarsız sayılır;

4. Vaxta və büdcəyə qənaət – onlayn xidmətdən istifadə müştərilərə olduqları yerdən

asılı olmayaraq günün istənilən saatında əməliyyatı icra etmələrinə imkan yaradır.

Bununla da, müştərilər filialdaxili etdikləri əməliyyatla müqayisədə əsas iki üstünlüyə

sahib olurlar: a) filialdaxili əməliyyat üçün sərf olunan vaxta qənaət olunur; b) bankdaxili hesablararası pul köçürmələri tamamilə pulsuz, digər banklarda olan hesablara isə 50%-dək daha ucuz həyata keçirilir.

İnternet bankinq xidmətilə, birdəfəlik şifrə təsdiqi əsasında bankdaxili pul köçürmələrinə

1000 manat/dollar/avro, bankxarici köçürmələrinə isə 300 manat/dollar/avro məbləği həcmində gündəlik limit təyin olunub. Xidmətdən gündəlik olaraq maksimum 3 dəfə, aylıq olaraq isə 30 dəfə istifadə etmək olar. Daha çox sayda və məbləğdə əməliyyat etmək istəyən fiziki şəxslər, Asan imzadan istifadə etməklə xidmətdən faydalana bilərlər. Əməliyyatlarını Asan imza əsasında həyata keçirən sahibkarlar və hüquqi şəxslər üçün xidmətdən istifadə limitsizdir.

Bankın təqdim etdiyi internet bankinq xidməti, eləcə də tarif və limitlər haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı: 145 məlumat mərkəzi

www.bankofbaku.com, www.facebook.com/bankofbaku

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR