Azərbaycanın dövlət başçısı Xorvatiyanın keçmiş prezidentini qəbul edib

Azərbaycanın dövlət başçısı Xorvatiyanın keçmiş prezidentini qəbul edib
# 09 mart 2016 10:30 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun önəmi vurğulanıb.

Habelə Forumun gündəliyinin geniş sahələri, o cümlədən energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, qaçqınlar, dinlərarası əməkdaşlıq və digər sahələri əhatə etməsinin aktual məsələlərin geniş müzakirəsi baxımından yaxşı imkan yaratdığı və tədbirin artıq mühüm beynəlxalq Foruma çevrildiyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR