İŞİD silahlıları Mosulun baş kilsəsini yerlə-yeksan ediblər

İŞİD silahlıları Mosulun baş kilsəsini yerlə-yeksan ediblər
# 25 aprel 2016 22:33 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının tərəfdarları İraqın Mosul şəhərindəki xristian baş kilsəsini partladaraq yerlə-yeksan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlılar şəhərin mərkəzindəki Müqəddəs Məryəm kilsəsinə çoxlu sayda partladıcı qurğular quraşdıraraq eyni vaxtda onları işə salıblar. Güclü partlayış nəticəsində qədim kilsə tamamilə uçub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR