AMEA: Təhsil müəssisələri indiyədək Azərbaycan Milli Ensiklopediyasının cildlərini almayıb

AMEA: Təhsil müəssisələri indiyədək Azərbaycan Milli Ensiklopediyasının cildlərini almayıb
# 23 dekabr 2015 13:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Nə orta məktəblər, nə də ali məktəblərin heç biri indiyəcən Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildini, habelə digər cildlərini alıb”. APA-nın xəbərinə görə, bunu AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev AMEA Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, indiki şəraitdə Azərbaycan Milli Ensiklopediyasının elektron variantının yaradılması satışa təsir edə bilər: “Biz həm də cildləri çox ucuz, maya dəyərindən bir balaca yuxarı qiymətə satırıq. Xarici ölkələrdə bu cür nəşrlərin qiyməti 100 avrodur”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov bildirib ki, Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan dilinin orfoqrafiya lüğəti və bu qəbildən olan digər nəşrlər elmi müəssisələrə məcburi qaydada satılmalıdır.

İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qeyd edib ki, “Vikipediya”da Azərbaycanla bağlı məqalələr həvəskar səviyyədə hazırlanıb: “Azərbaycanla bağlı “Vikipediya”da xoş olmayan məqamlar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR