Ağdaşda tapança satan şəxslər saxlanılıb

Ağdaşda tapança satan şəxslər saxlanılıb
# 24 iyun 2016 10:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda silah alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Vaqif Qasımov və Əlif Abdullayev “Naqan” tipli tapança və 7 ədəd patronu satarkən tutulublqar.

Araşdırmalar zamanı V. Qasımovun qeyd edilən silah və sursatı həmyerlisi Sabir Paşayevdən, onun isə Zərdab rayon sakini Əşrəf İbrahimovdan aldığı müəyyən edilib. Həyata keçirilmiş əməliyyat axtarış tədbirlərilə S. Paşayev və Ə. İbrahimov da yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR