BAXCP sədri: “İran parlamentində Türk Fraksiyasının yaradılması tarixi hadisədir”

BAXCP sədri: “İran parlamentində Türk Fraksiyasının yaradılması tarixi hadisədir”
# 24 iyun 2016 15:05 (UTC +04:00)

Bakı-APA. “İran Parlamentində Türk Fraksiyasının yaradılmasını alqışlayırıq”. Bunu APA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri bildirib ki, İran Parlamentində 72 millət vəkilindən ibarət Türk Fraksiyasının yaradılması Azərbaycan türkləri üçün tarixi hadisədir: “Bu fraksiyanın yaradılmasında milli xarakter və fədakarlıq nümayiş etdirən soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndiririk. Ümid edirəm ki, Türk Fraksiyası Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarının qorunması, Azərbaycan türkcəsinin funksional dil statusu qazanması, milli mədəniyyətimizin tətbiqi və təbliği üçün bütün mümkün imkanlardan istifadə edəcək. Bu mühüm tarixi hadisə münasibətilə bütün azərbaycanlıları təbrik edir, fədakar soydaşlarımıza, millət vəkillərimizə dərin minnətdarlığımı bildirirəm”.

Qüdrət Həsənquliyev bütün soydaşlarımızı Türk Fraksiyasının fəaliyyətinə dəstək verməyə çağırıb və qeyd edib ki, BAXCP İran Parlamentinin Türk Fraksiyası ilə yaxından əməkdaşlıq etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR