Tovuzda ana və qızı pomidor turşusundan zəhərlənib

Tovuzda ana və qızı pomidor turşusundan zəhərlənib
# 10 dekabr 2015 11:18 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü, Ruhiyyə Aslanova və onun qızı, 1995-ci il təvəllüdlü Kəmalə Məmmədova ağır zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata görə R. Aslanova və onun qızı bir neçə gün əvvəl pomidor turşusu yeyiblər. Özlərini pis hiss etsələr də, xəstəxanaya getmək istəməyiblər. Bu gün isə vəziyyətləri pisləşdiyi üçün xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR