FHN və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb

FHN və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb
# 26 sentyabr 2016 18:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb.

SOCAR-dan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR