Azərbaycan Ordusunun şəhid olan kiçik çavuşu dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan kiçik çavuşu dəfn edilib
# 13 fevral 2016 10:38 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, kiçik çavuş, 1994-cü il təvəllüdlü Zeynalov Elmir Sərxan oğlu doğulduğu Əhmədabad kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak edib.

Komandirləri Elmir Zeynalovun nümunəvi hərbçi olduğunu, döyüş tapşırıqlarını hər zaman layiqincə yerinə yetirdiyini bildiriblər.

Daha sonra yaylım atəşə açılıb, şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Elmir Zeynalov ailənin tək oğul övladı olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR