Fransa Senatı Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına dair qətnamə qəbul edib

Fransa Senatı Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına dair qətnamə qəbul edib
# 08 iyun 2016 21:11 (UTC +04:00)

Bakı-APA. Fransa parlamentinin yuxarı palatası Rusiyaya qarşı sanksiyaların tədricən yumşaldılmasına dair qətnamə qəbul edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sənədin lehinə 302, əleyhinə isə 16 senator səs verib.

Sənədə əsasən, Fransa hökuməti Avropa İttifaqının rəhbərliyi ilə müvafiq danışıqlarda Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların tədricən yumşaldılmasına çağırmalıdır.

Qeyd edək ki, qəbul olunan qətnamə tövsiyə xarakteri daşıyır.

Aprelin 28-də Fransa parlamentinin aşağı palatası Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvinə dair qətnamə qəbul edib. Səsvermədə 55 deputat qətnamənin lehinə, 44-ü əleyhinə səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR