Göygöldə yol nəqliyyat qəzası baş verib, yaralılar var

Göygöldə yol nəqliyyat qəzası baş verib, yaralılar var
# 15 yanvar 2016 02:13 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı TIR tipli yük maşını ilə “KamAz” markalı avtomobilin toqquşması nəticəsində “Mercedes”in sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Anar İbrahimov və sərnişin 1981-ci il təvəllüdlü Emin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araçşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR