“Barselona”nın qapıçısı Azərbaycan millisini tərifləyib

“Barselona”nın qapıçısı Azərbaycan millisini tərifləyib
# 09 sentyabr 2016 15:22 (UTC +04:00)

Bakı – APA. “Çox təhlükəli qrupa düşmüşük. Rəqiblərimizi yaxşı tanıyırıq”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə İspaniya millisinin üzvü Pako Sedano deyib.

Kolumbiyada keçiriləcək dünya çempionatı ilə bağlı yerli mətbuata açıqlama verən “Barselona”nın qapıçısı komandasının qrupdakı şanslarını dəyərləndirib.

Sedano İran və Azərbaycan millilərini özlərinə əsas rəqib gördüklərini söyləyib: “Qrupumuzda Azərbaycan və İran kimi, sizin meydandakı işinizi çətinləşdirə biləcək və buraxacağınız kiçik səhvi bağışlamayacaq komandalar var. Xüsusən də, ilk matçda üz-üzə gələcəyimiz İran yığmasını hərtərəfli təhlil etmişik. İran millisi çox güclüdü. Azərbaycan yığması isə milliləşdirilmiş braziliyalıların hesabına güclənib, rəqabəti artırıb”.

Qeyd edək ki, İspaniya millisi F qrupunda İran, Azərbaycan və Mərakeş yığmaları ilə mübarizə aparacaq. Millimizin ispanlarla görüşü sentyabrın 15-də II tur çərçivəsində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR