Veteranlar Təşkilatının Plenumu keçirilib

Veteranlar Təşkilatının Plenumu keçirilib
# 10 dekabr 2015 09:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Respublika Veteranlar Təşkilatının V Plenumu keçirilib.


APA-nın xəbərinə görə, təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxışında təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. O bildirib ki, RVT Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib və ölkə başçısının tapşırığına uyğun olaraq bundan sonra gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yardım edəcək: "2015-ci ili Veteranlar Təşkilatının fəaliyyətində önəmli il hesab etmək olar. Bu il respublikanın 24 rayonunda təşkilatımıza yeni avadanlıqlar və xidməti otaqlar ayrılmasına nail olmuşuq və bu proses davam edəcək. Bu il həm də təşkilat veteranların sosial problemlərinin həllinə kömək göstərib, cəbhədə olan əsgərlərlə görüşlər keçirib. Veteranlarımız bu il Azərbaycanda keçirilən parlament seçkilərində də fəal iştirak ediblər".

Sonra RVT rayon təşkilatlarının sədrləri çıxış edərək, bölgələrdə görülən işlər barədə danışıblar.

Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında bildirib ki, veteranların vətəndaşlıq mövqeyi, vətənə və millətə olan sevgisi heç vaxt dəyişməyib: "Veteranlar ölkə həyatının bütün sahələrində yaxında iştirak edir, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində xüsusi rola malikdirlər. Ona görə də mən hesab edirəm ki, Veteranlar Təşkilatının mövcudluğu təkcə onların sosial problemlərinin həllinə deyil, eyni zamanda cəmiyyətdə bir tənzimləyici sistem yaratmağa xidmət edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR