Türkiyədə terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - YENİLƏNİB-1

Türkiyədə terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-1
# 15 avqust 2016 16:27 (UTC +04:00)

Bakı-APA. Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı artıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 25 yaralı xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən 25 yaralıdan isə 2-i polis, 2-i mülki şəxs olmaqla, 4-ü həyatını itirib. Bununla, partlayış nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.

***

saat 16.01

Bakı-APA. Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 25 yaralı var. Ölən mülki şəxsin uşaq, yaralılardan 8-nin polis olduğu bildirilir.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, PKK terrorçularının yük maşınındakı partlayıcı qurğunu kənardan işə saldıqları bildirilir.

Partlayışdan sonra Mərkəzin binası və yaxınlıqdakı iki yanacaqdoldurma məntəqəsində böyük dağıntı olub.

***

saat 15.01

Bakı - APA. Türkiyədə partlayış törədilib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün saat 14:15 radələrində PKK terrorçuları Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində içərisində bomba olan avtomobillə partlayış törədiblər.

Partlayış nəticəsində yaralananlar var. Hücumdan sonra bölgəyə göndərilən təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qısa müddətli atışma baş verib, daha sonra terrorçular qaçıblar. Bölgədə geniş miqyaslı əməliyyat başlayıb. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR