"Azneft" sentyabrda istismara daxil edilən quyulardan 53 min ton neft, 16 mlrd. kubmetr qaz hasil edib

"Azneft" sentyabrda istismara daxil edilən quyulardan 53 min ton neft, 16 mlrd. kubmetr qaz hasil edib
# 16 oktyabr 2015 10:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın “Azneft” İstehsalat Birliyi sentyabr ayında görülən işlərlə bağlı hesabatını açıqlayıb.

“Azneft”dən “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzində ümumilikdə “Azneft” İB üzrə 1489 cari təmir və 88 əsaslı təmir işi görülüb. Əsaslı təmirdən 55 quyu istismara daxil olunub. Sentyabr ayı ərzində istismara daxil edilən quyulardan 53 283 ton neft, 15 mlrd. 842 mln. kubmetr qaz, o cümlədən fəaliyyətsiz fonddakı quyulardan 3 871 ton neft, 6 mlrd. 902 mln. kubmetr qaz hasil edilib.

İdarələr üzrə: “28 May” Neftqazçıxarma İdarəsi (NQÇİ) üzrə 10 quyu təmir olunub, 4 quyu istismara daxil edilib. Sentyabr ayı ərzində istismara daxil edilən quyulardan 29 999 ton neft, 15 mlrd. 842 mln. kubmetr qaz və 1131 ton kondensat hasil edilib. Təmir olunmuş quyulardan 2 quyuda qəzanı ləğvetmə işləri aparılaraq istismara daxil edilib.

“Neft Daşları” NQÇİ üzrə 18 quyu əsaslı, 51 quyu cari təmir olunmuş və əsaslı təmir olunmuş quyulardan 11 quyu istismara daxil edilib. Sentyabr ayı ərzində istismara daxil edilən quyulardan 15 995 ton neft hasil edilib. Bunlardan 4 quyuda qəzanı ləğvetmə işləri aparılaraq istismara daxil edilib.

N. Nərimanov adına NQÇİ-də 1 quyu əsaslı təmir olunaraq istismara daxil edilib. Sentyabr ayı ərzində istismara daxil edilən quyudan 427 ton neft hasil edilib

H.Z.Tağıyev adına NQÇİ üzrə 14 quyu əsaslı təmir olunub və onlardan 11 quyu istismara daxil edilib. İstismara daxil edilən quyulardan 1719 ton neft hasil edilib.

Ə.C.Əmirov adına NQÇİ üzrə 12 quyu əsaslı təmir olunaraq istismara daxil edilib. Sentyabr ayı ərzində istismara daxil edilən quyulardan 1708 ton neft hasil edilib.

“Abşeronneft” NQÇİ üzrə 20 quyu əsaslı təmir olunub və onlardan 9 quyu istismara daxil edilib. Sentyabr ayı ərzində istismara daxil edilən quyulardan 2681 ton neft hasil edilib.

“Bibiheybətneft” NQÇİ üzrə 10 quyu əsaslı təmir olunub və onlardan 3 quyu istismara daxil edilib. Sentyabr ayı ərzində istismara daxil edilən quyulardan 675 ton neft hasil edilib.

“Qaz Anbarlarının İstismarı” idarəsi üzrə 4 quyu əsaslı təmir olunub və onlardan 2 quyu istismara daxil edilib.

“Siyəzənneft” NQÇİ-də 1 quyu əsaslı təmir olaraq istismara daxil edilib. Sentyabr ayı ərzində istismara daxil edilən quyudan 39 ton neft hasil edilib.

“Muradxanlı” İNM üzrə 1 quyu əsaslı təmir olunaraq istismara daxil olunub. Sentyabr ayı ərzində istismara daxil edilən quyudan 40 ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR