Siyəzəndə maşın aşıb, 3 nəfər xəsarət alıb

Siyəzəndə maşın aşıb, 3 nəfər xəsarət alıb
# 02 oktyabr 2016 17:27 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb.

“Kia Ria” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regionla Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur. Qəzaya səbəb maşının təkərinin yolda olan çuxura düşərək partlaması olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR