“ASAN xidmət” mərkəzləri 2 gün işləməyəcək

“ASAN xidmət” mərkəzləri 2 gün işləməyəcək
# 23 sentyabr 2015 09:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri 24-25 sentyabrda fəaliyyət göstərməyəcək.

“ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, şənbə və bazar günləri isə (26-27 sentyabr) vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR