Şəkidə Prezident Kuboku uğrunda növbəti çövkən yarışlarına start verilib

Şəkidə Prezident Kuboku uğrunda növbəti çövkən yarışlarına start verilib
# 17 dekabr 2015 08:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə yarışlara start verilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 21-dək davam edəcək yubiley yarışlarında Bakı, Şəki və Yevlax şəhərlərini, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Qax, Qazax, Qəbələ, Laçın, Oğuz, Samux, Şəmkir, Tərtər, Tovuz, Zaqatala rayonlarını təmsil edən 24 komanda mübarizə aparır.

Yarışlar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR