ABŞ Hərbi-Hava Qüvvələri İŞİD-ə qarşı əməliyyatda 19 hərbçisini itirib

ABŞ Hərbi-Hava Qüvvələri İŞİD-ə qarşı əməliyyatda 19 hərbçisini itirib
# 07 mart 2016 22:50 (UTC +04:00)

Bakı-APA. ABŞ Hərbi-Hava Qüvvələri İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyatda 19 hərbçisini itirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Hərbi-Hava Qüvvələri naziri Debora Li Ceyms bəyan edib.

“İndiyədək 19 pilotumuz həlak olub. Onlardan 8-i terrorçuların həmləsi nəticəsində ölüb”, deyə D.Li Ceyms Pentaqona keçirdiyi brifinqdə bildirib.

Xatırladaq ki, 2014-cü ilin avqustundan ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in İraqda, sentyabrdan isə Suriyada yerləşən mövqelərinə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR