Nazir: "Fərdi evlərin tikintisi ilə məşğul olan sahibkarlara İpoteka Fondu maliyyə vəsaiti təqdim edə bilər"

Nazir: "Fərdi evlərin tikintisi ilə məşğul olan sahibkarlara İpoteka Fondu maliyyə vəsaiti təqdim edə bilər"
# 26 yanvar 2016 14:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda mənzil və fərdi evlərin tikintisi ilə məşğul olan sahibkarlara İpoteka Fondu vasitəsi ilə də müəyyən formada maliyyə imkanları təqdim oluna bilər.

APA-Economics”in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hökumət tərəfindən biznesə dəstəyin müxtəlif formaları var: "Bu gün əsasən üç alət mövcuddur. Bunların biri Sahibkarlığa Kömək Milli Fondudur, ikincisi “Aqrolizinq” ASC-dir, üçüncüsü isə Azərbaycan İnvestisiya Şirkətidir. Bu üç istiqamət üzrə hökumət müxtəlif yardımlar göstərə bilər. Məsələn, mülki tikinti, mənzil və fərdi evlərin tikintisi ilə məşğul olan sahibkarlara da İpoteka Fondu vasitəsilə də müəyyən formada maliyyə vəsaiti təqdim oluna bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR