Ucarda maşın aşıb

Ucarda maşın aşıb
# 31 dekabr 2015 12:05 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakini Elşad Zaman oğlu Rzayev "VAZ 21099" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yoldan çıxararaq aşırıb.

Nəticədə maşında olan sərnişin, sürücünün anası, Tamella Ağabala qızı Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR