Bakının Pirallahı rayonunda 43 yaşlı kişi bıçaqlanıb

Bakının Pirallahı rayonunda 43 yaşlı kişi bıçaqlanıb
# 22 yanvar 2016 01:57 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Pirallahı rayonunda qanlı hadisə baş verib. APA-nın məlumatına görə, rayon sakini yaşadığı evdə bıçaqlanıb. Hadisə rayonun 28-ci məhəllə, ev 14 ünvanında qeydə alınıb. 43 yaşlı Vüqar Yusifov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Həkimlər onun qarın nahiyəsindən bıçaqlandığını bildiriblər. Vüqar Yusifov əməliyyat olunduğu üçün polis əməkdaşları onun ifadəsini ala bilməyiblər. Hadisə yerinə polis tərəfindən baxış keçirilib. İstintaq üçün zəruri olan tədbirlər görülüb.

Hələlik Vüqar Yusifovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR