Xaçmazda yanğın nəticəsində 35 yaşlı kişi ölüb - VİDEO

Xaçmazda yanğın nəticəsində 35 yaşlı kişi ölüb - <span style="color: red;">VİDEO
# 03 oktyabr 2015 01:08 (UTC +04:00)

Bakı-APA. Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin döşəməsi 2 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1980 ci il təvəllüdlü Şıxəliyev Rövşən Seyidbaba oğlunun yanmış meyiti aşkar olunub. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR