Lənkəranda yol qəzasında 7 nəfər xəsarət alıb, onlardan 5-i bir ailənin üzvüdür - YENİLƏNİB

Lənkəranda yol qəzasında 7 nəfər xəsarət alıb, onlardan 5-i bir ailənin üzvüdür - <span style="color: red;">YENİLƏNİB
# 16 sentyabr 2016 16:46 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bu gün baş verən yol qəzasında yeddi nəfərin xəsarət aldığı açıqlanıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Kərgəlan kəndi ərazisində baş verən qəza zamanı xəsarət alan daha iki nəfər xəstəxanaya çatdırılıb.

Onlardan beş nəfəri bir ailənin üzvləri – rayonun Şağlakücə kənd sakinləridir.

Qeyd edək ki, bu gün saat 17.00 radələrində Lənkəranın Kərgəlan kəndində iki avtomobili toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib, həmin nəqliyyat vasitələrinin sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran MRX-a yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

17:38

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 17.00 radələrində rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Üç minik avtomobilinin toqquşması nəticəsində həmin nəqliyyat vasitələrində olan beş sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR