Avropa Enerji İttifaqı TAP-la bağlı bəyanat yayıb

Avropa Enerji İttifaqı TAP-la bağlı bəyanat yayıb
# 10 mart 2016 08:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yunanıstan Avropanın və özünün enerji təhlükəsizliyini təmin etmək məqsədilə zəruri addımlar atır. “APA-Economics” xəbər verir ki, bu barədə Avropa Enerji İttifaqının bəyanatında qeyd olunur.

Bəyanatda Yunanıstan hökumətinin atdığı bir sıra addımlar, o cümlədən Trans-Adriatik Boru Kəmərinin (TAP) reallaşmasına verdiyi töhfə yüksək qiymətləndirilir: "Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP-ın tikintisi Yunanıstan və Avropanın qaz təchizatının diversifikasiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün həyata keçirilir. Yunanıstan 2020-ci ilə qədər enerji səmərəliliyi hədəfinə nail olacaq".

Qeyd edək ki, bəyanat Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçin Yunanıstana bu gün baş tutacaq səfərindən öncə yayılıb. Səfər çərçivəsində M. Şevçoviç Yunanıstanın baş naziri Aleksis Çiprasla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR