Robert Prosineçki: “Həmin final çox maraqlı olardı”

Robert Prosineçki: “Həmin final çox maraqlı olardı”
# 17 mart 2016 06:56 (UTC +04:00)

Bakı – APA. “Barselona” fantastik görünür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı çalışdırıcı Çempionlar Liqasının (ÇL) dünənki oyunlarından öncə xarici mətbuata açıqlama verib.

“Barselona” barədə müsbət fikirlər səsləndirən Prosineçki bununla belə, ÇL-də yenidən birinci olmağın onlara asan başa gəlməyəcəyini bildirib: “Hazırkı “Barsa” bu vaxta qədər gördüyüm ən yaxşı komandadımı? Deyərdim ki, Qvardiolanın “Barselona”sı da bu qədər yaxşı idi. Son 10 ildə “Barsa” zirvədədi. Onlar artıq böyük komandadılar. Ancaq Çempionlar Liqasının sonuna hələ var. Bu, onlar üçün asan gəzinti olmayacaq”.

Prosineçkinin fikrincə, “Barselona”nı indiki məqamda yalnız “Bavariya” dayandıra bilər. 47 yaşlı məşqçi söhbət əsnasında finalda məhz bu komandaların qarşılaşmasını istədiyini qeyd edib: “Bavariya” “Barsa”nı dayandıra bilər. Bunun üçün ilk növbədə, almanların zədəli müdafiəçiləri sıraya dönməlidilər. Düzünə qalsa, mən “Bavariya” – “Barselona” finalını görmək istərdim. Çox maraqlı olardı. Kim güclüdüsə, o da qalib gələrdi”.

Qeyd edək ki, dünənki nəticələrdən sonra həm “Barselona”, həm də “Bavariya” adını ÇL-in ¼ final mərhələsinə yazdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR