Energetika Nazirliyində vakant yerlərin tutulması üçün müsabiqə elan olunub

Energetika Nazirliyində vakant yerlərin tutulması üçün müsabiqə elan olunub
# 18 mart 2016 08:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.

DQMK-dan APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı 18 mart tarixindən 18 aprel tarixdə saat 18.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər. Müraciət forması Komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraicətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə, şəxsən (bazar ertəsi – cümə günləri saat 09.00-dan 12.30-dək və 14.00-dan 17.30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Qeyd edək ki, Energetika Nazirliyində 75 vakant yer müsabiqəyə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR