Havanın temperaturu 29 dərəcəyə yüksələcək

Havanın temperaturu 29 dərəcəyə yüksələcək
# 25 aprel 2016 10:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Aprelin 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 10-12 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq.

Aprelin 26-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir, qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 8-13 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR