Ermənistanda hakim partiya baş nazir postuna namizədini təsdiq edib

Ermənistanda hakim partiya baş nazir postuna namizədini təsdiq edib
# 08 sentyabr 2016 19:57 (UTC +04:00)

Bakı-APA. Ermənistanın hakim Respublika partiyası baş nazir postuna Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Karen Karapetyanın namizədliyini təsdiqləyib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq qərar Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi partiyanın icra orqanının və şurasının iclaslarında qəbul olunub.

Qeyd edək ki, Karen Karapetyan baş nazir postunda Ovik Abramyanı əvəzləyəcək. Ovik Abramyan bundan əvvəl istefa verdiyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR