Marneulidə qəbiristanlıqda yanğın olub

Marneulidə qəbiristanlıqda yanğın olub
# 02 sentyabr 2016 14:34 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Marneuli rayonundakı Kürtlər kənd icra nümayəndəliyi ərazisinə daxil olan Baydar kəndinin qəbiristanlığında yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə yerinə rayon mərkəzindən yanğın söndürmə briqadası çağırılıb.

Baş verən yanğının səbəbi haqqında məlumat verilmir.

Kənddə fəaliyyət göstərən məscidin mollası Xəmməd Muxayev sakinlərin köməyi ilə yanğının söndürüldüyünü bildirib: “Biz yanğının transformatora doğru istiqamətləndiyini görüb sakinlərin köməyi ilə onun genişlənməsinə imkan vermədik. Yanğınsöndürən maşın gəlincə qəbiristanlığın xeyli hissəsi yanıb”.

Qeyd edək ki, Baydar kəndinin qəbiristanlığı kəndin mərkəzi hissəsində, Qırmızı Körpüyə uzanan yolun kənarındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR