Göyçayda avtomobil su arxına aşıb

Göyçayda avtomobil su arxına aşıb
# 09 iyun 2016 14:40 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:30 radələrində yolun 226-cı kilometrliyində, Göyçayın Şəhadət kəndi ərazisində qeydə alınıb. 90-NO-471 dövlət nömrə nişanlı, “Nissan” markalı minik avtomobili qəflətən qarşısına çıxan 23-BX-778 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobilini vurmaqdan yayınmaq üçün maşını yoldan çıxarıb. Bu zaman avtomobil kolun kənarında olan su arxına aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, “Nissan” markalı minik avtomobili əzilərək yararsız hala düşüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR