Bakıda dənizdə batan iki nəfər xilas edilib

Bakıda dənizdə batan iki nəfər xilas edilib
# 01 iyul 2016 19:20 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:30-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR