Salyan sakini yeznəsi tərəfindən bıçaqlanıb

Salyan sakini yeznəsi tərəfindən bıçaqlanıb
# 26 fevral 2016 05:26 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi Qırxçıraq kəndində qeydə alınıb. Gecə saatlarında Qarabağlı kənd sakini, 1996-cı il təvəllüdlü Dadaşov Alıkişi Elçin oğlu böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstəxanada əməliyyat olunan yaralı daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. A.Dadaşovun yeznəsi tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR