Bu gün Bakının 5 rayonunun qazla təchizatında məhdudiyyətlər olacaq

Bu gün Bakının 5 rayonunun qazla təchizatında məhdudiyyətlər olacaq
# 17 fevral 2016 06:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics.Bu gün Bakının Abşeron, Xəzər, Sabunçu, Nizami, Binəqədi rayonlarının, eləcə də Qax və Sabirabad rayonlarının bir hissəsində təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Bu barədə “APA-Economics”ə “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, məcburi köçkün ailələri üçün tikilmiş fərdi yaşayış evlərinin, poçt, inzibati, ambulator binalarının və 150 şagird yerlik orta məktəbin qazanxanasının qazlaşdırılması, yeni çəkilmiş diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 17 fevral, saat 09:30-dan işlər yekunlaşanadək Abşeron rayonunun Masazır, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Sabunçu rayonunun Bakıxanov, Nizami rayonunun Keşlə, Binəqədi rayonunun Sulutəpə qəsəbələrində, Qax və Sabirabad rayonlarının isə bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR