Azərbaycan XİN rəhbərinin müavini: “Azərbaycanla ÜTT arasında danışıqlar davam edir”

Azərbaycan XİN rəhbərinin müavini: “Azərbaycanla ÜTT arasında danışıqlar davam edir”
# 16 may 2016 18:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanla ÜTT arasında danışıqlar davam edir.

APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki ötən ilin martından bəri görüş olmayıb: “Bu yaxınlarda Aşqabada ticarətlə bağlı görüş oldu. Yeni üzvlərin qəbulu ilə bağlı departamentin rəhbəri ilə görüşdüm. Qərara gəldik ki yaxın vaxtlarda Azərbaycanla bağlı işçi qrupunun iclası çağırılması məsələsinə baxacaqlar. Bu məsələ ilə bağlı bir sıra hazırlanmış sənədlər var ki, bunlara baxılmalıdır. Bizim qanunlar ÜTT qanunlarına uyğunlaşdırılmalıdır. Biz gözləyirik ki vaxt və işçi qrupunun üzvləri müəyyən olunsun. Düşünürəm ki bu görüş iyulun sonuna kimi ola bilər. Bütün istiqamətlər üzrə həll olunmalı çox məsələlər var'.

Mahmud Məmmədquliyev həmçinin Azərbaycanla Aİ arasında aviasiya sazişi üzrə danışıqların bərpa olunacağını da deyib. O bildirib ki, AZAL danışıqları bərpa etməyə razı olduqlarını bildirmək üçün Aİ yə müraciət edib:" Onlardan cavab gözləyirik. Düşünürük ki, yaxın günlər və ya aylarda danışıqlar bərpa olunacaq. Danışıq masasında layihə var, onun ətrafında müzakirələr gedəcək. Hər iki tərəf öz düzəlişlərini təklif edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR