Vaşınqtonda dəmiryol vağzalına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb - YENİLƏNİB

Vaşınqtonda dəmiryol vağzalına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb  - <span style="color: red;">YENİLƏNİB
# 11 avqust 2016 01:12 (UTC +04:00)

Bakı-APA. Vaşınqtonda dəmiryol vağzalına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.

APA-nın məlumatına görə, bu barədə “USA Today” qəzeti yazıb.

Hazırda dəmiryol vağzalının fəaliyyəti bərpa olunub.

Qeyd edək ki, Vaşinqtonun mərləzi dəmiryol vağzalı ABŞ Konqresinin yaxınlığında yerləşir.

***

02:19

Bakı-APA. ABŞ-ın paytaxtı Vaşinqtonda mərkəzi dəmiryol vağzalından sərnişinlər təxliyə edilir.

APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib.

Hadisə yerinə hüquq-mühafizə orqanları, yanğınsöndürən və tibb briqadaları cəlb edilib.

İlkin ehtimala əsasən, evakuasiya vağzalda şübhəli yükün aşkar edilməsi ilə əlaqədar keçirilir.

Dəmiryol vağzalına giriş və çıxış bağlanıb. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, iyulun 28-də dəmiryol vağzalı təxliyə edilmişdi, vağzala bomba qoyulması barədə məlumat təsdiqini tapmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR