SOCAR qazma işlərini artırıb

SOCAR qazma işlərini artırıb
# 02 mart 2016 12:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7 044 metr qazma işi həyata keçirilib.

"APA-Economics" SOCAR-ın açıqladığı məlumata istinadən xəbər verir ki, bu, ötən ilin fevral ayı ilə müqayisədə 54 metr və ya 0,7% çoxdur.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-fevral aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 16 853 metr qazma işi görülüb ki, bu, 2015-ci ilin iki ayı ilə müqayisədə 2 698 metr və ya 19,1% çoxdur.

Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işlərin hamısı istismara aid olub.

Bundan əlavə, fevral ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 5 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR