"Azərkosmos" 3 şirkətlə 2,6 mln. manatlıq müqavilə imzalayıb

"Azərkosmos" 3 şirkətlə 2,6 mln. manatlıq müqavilə imzalayıb
# 10 dekabr 2015 14:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərkosmos” ASC şərti giriş sistemi üçün server avadanlıqlarının alınması, sedan tipli avtomobilin satınalınması və əsas yerüstü peyk idarəetmə mərkəzinə alternativ elektrik xəttinin çəkilişi işləri ilə bağlı tenderin nəticələrini açıqlayıb.

Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, şərti giriş sistemi üçün server avadanlıqlarının alınması ilə bağlı tenderdə “BestcompGroup” firması qalib gəlib. Müqaviləyə əsasən nəzərdə tutulan işlərin görülməsi üçün “Azərkosmos” sözügedən şirkətə 81 503,78 manat ödəyəcək.

“Azərkosmos” sedan tipli avtomobilin satınalınması üçün “Auto Azerbaycan” MMC-yə 30 700 manat ödəniş edəcək.

Bundan başqa, “Azərcosmos” Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə alternativ elektrik xəttinin çəkilişi işlərinə görə tenderin qalibi “Bakelektro” ASC ilə dəyəri 2 502 711,58 manat olan müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR