Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb

Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb
# 04 dekabr 2015 08:07 (UTC +04:00)

Qubadakı 6 saylı Yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov APA-nın yerli bürosuna bildirib ki, hazırda idarənin ağır texnikaları və canlı qüvvəsi yolun 36-cı kilometrliyində işləyir. Yolda qarın hündürlüyü 50-60 santimetrə çatır. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqunun olma ehtimalı var.

Yolun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.

Quba Regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, Quba rayonu ərazisində ən çox qar Xınalığa yağıb. Burda qarın hündürlüyü 59 santimetrə çatır. Dağətəyi ərazilərdə isə qarın hündürlüyü 15-16 santimetrdir. Qar yağmaqda davam edir.

Dağlıq ərazilərdə mənfi 10 dərəcə temperatur qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR