Latviyanın rifah naziri Azərbaycan Xalça Muzeyində olub

Latviyanın rifah naziri Azərbaycan Xalça Muzeyində olub
# 03 dekabr 2015 17:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyinin qonağı olublar.

Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan Xalça Muzeyinin direktoru Röya xanım Tağıyeva qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət - ənənəsi haqqında ətraflı məlumat verib.

Qonaqlara bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR