ÜAK: Rusiya azərbaycanlıları Azərbaycan prezidentinin torpaqlarımızı azad etməsi ilə bağlı bütün qərarlarını dəstəkləyəcək

ÜAK: Rusiya azərbaycanlıları Azərbaycan prezidentinin torpaqlarımızı azad etməsi ilə bağlı bütün qərarlarını dəstəkləyəcək
# 03 aprel 2016 21:33 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Ümumrusiya Azərbaycan Konqresi bütün Azərbaycan xalqı kimi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı narahatçılıq keçirir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyevin müraciətində bildirilib.

Münaqişənin həllindən ötrü effektli planın işləyib hazırlanması üçün üçüncü tərəflərin iştirakı ilə sülh danışıqları ilə bağlı bütün cəhdlərə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edən sənədlərin olmasına baxmayaraq vəziyyət dəyişilməz olaraq qalır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. 1 milyondan çox azərbaycanlı doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb.

Baş verən problemi düzgün həll etmək üçün baş verənlərin "diaqnoz"unu düzgün qoymaq lazımdır. Fikrimizcə, Yaxın Şərqdəki siyası vəziyyət fonunda Dağlıq Qarabağda döyüşlərin yenidən başlanması tamamilə Ermənistan tərəfindən atılmış təxribatdır. Bu təxribat Rusiyanı münaqişəyə çəkmək və Azərbaycanla arasını vurmağa istiqamətlənib. Məlumdur ki, Ermənistan 2 milyonluq əhalisi, zəif iqtisadiyyatı ilə köməyi olmadan on milyonluq qonşu Azərbaycanla döyüşmək gücündə deyil.

Rusiya və Azərbaycan arasında olan strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətləri, eləcə də Azərbaycan və Rusiya xalqları arasındakı dostluq münasibətlərini heç bir qüvvə poza bilməz.Rusiya azərbaycanlıları Azərbaycan prezidentinin işğal altındakı torpaqlarımızı azad etməsi ilə bağlı bütün qərarlarını dəstəkləyəcək. Ümumrusiya Azərbaycan Konqresi Azərbaycan ərazilərini işğaldan azad etməsi üçün mübarizə aparan zaman həlak olanların ailələrinə başsağlığı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR