Qaradağda 22 yaşlı gənc bıçaqlanıb

Qaradağda 22 yaşlı gənc bıçaqlanıb
# 13 fevral 2016 07:09 (UTC +04:00)

Bakı. Fərahim Qasımov - APA Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb. 22 yaşlı Rahim Feyzulla oğlu Həsənzadə naməlum şəxs tərəfindən bıçaqlanıb. R. Həsənzadə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR